
İyunun 15-16-da Bürgenstokda keçirilən Ukrayna üzrə konfransın yekun sənədi qəbul edilib.
Yeniavaz.com xəbər verir ki, görüşdə iştirak edən 91 ölkədən 80-i tərəfindən sənəd dəstəklənib.
Sənədi təsdiq edən ölkələrin siyahısı iclasın təşkilatçıları tərəfindən dərc edilib.
Sənədi dəstəkləyən ölkələr arasında Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı yoxdur.
Eyni zamanda siyahıda İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ yer alıb.