“ABŞ ilə münasibətlər daha da dərinləşəcək” – Kaladze


“ABŞ ilə münasibətlər yenidən qurulacaq və daha da dərinləşəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib.
“Amerikanın heç bir sanksiyaları yoxdur, Amerikanın dostluğu, strateji tərəfdaşlığı var və bu münasibətlər daha da dərinləşəcək, sıfırlanacaq və daha dostcasına olacaq”, - Kaladze bildirib.
Tbilisi meri ölkənin Avropa gələcəyinə də toxunub və qeyd edib ki, “Gürcü arzusu” hakimiyyəti illərində respublika Aİ ilə yaxınlaşma istiqamətində böyük addımlar atıb:
“Vurğulamaq istəyirəm ki, bizim yolumuz Avropadır, Avropanın gələcəyidir, Avropaya inteqrasiyadır və bu yolda “Gürcü arzusu” ölkəmizin əhalisi ilə birlikdə böyük qələbə qazanıb. Nə təzyiq və problem yaratmaq cəhdləri olursa olsun, biz bu yolu davam etdirəcəyik, şərəflə addımlayacağıq və Avropa Birliyi adlı o ailənin üzvü olacağıq”.
Qeyd edək ki, Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi fonunda Gürcüstanın ABŞ, eləcə də Aİ ilə münasibətləri pozulub. Dövlət Departamenti daha əvvəl qəbul edilmiş qanunla əlaqədar onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq etdiyini açıqlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top