“Zelenski Putinin sülh təklifi barədə düşünməlidir” – Peskov


“Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev üçün hərbi vəziyyət pisləşdiyi üçün Rusiya lideri Vladimir Putinin sülh təklifini nəzərdən keçirməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Pavel Zarubinə müsahibəsində bildirib.
“Bir vaxtlar Zelenski sülh bayrağı altında və Ukraynanı xilas etmək niyyəti ilə hakimiyyətə gəlib. Həmişə deyirdi ki, kürsüdən yapışmayıb, Vətəni naminə hər şeyə hazırdır. Vəziyyəti daha da pisləşdirməmək üçün nəyə hazır olub-olmadığını görəcəyik”.
O, vurğulayıb ki, Putin hər dəfə sülh təşəbbüsləri səsləndirəndə və siyasi-diplomatik kanala girməyə cəhdlər ediləndə Ukrayna üçün vəziyyət daha da pisləşir:
“Cəbhələrdə vəziyyətin indiki dinamikası bizə açıq şəkildə göstərir ki, bu, ukraynalılar üçün bundan sonra da pisləşəcək. Gəlin görək nə baş verəcək”.
Peskov vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə səslənən təklif ultimatum deyil, yer üzündəki reallıqlar nəzərə alınmaqla irəli sürülən dinc təşəbbüsdür.

DİGƏR XƏBƏRLƏR

Top