Həbsxana işçilərini girov götürən məhbuslar öldürüldü – Yenilənib


“Girov götürən məhbuslar müxtəlif kameralarda saxlanılsa da, onlar arasında ünsiyyət olub, hadisə bir neçə ay ərzində hazırlanıb və kənardan razılaşdırılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
Rusiya agentlikləri və teleqram kanalları əsirləri girov götürən məhbuslardan bəzilərinin terrorçuluqda təqsirli bilindiyini bildirir. “Baza” beş məhbusun soyadını dərc edib: Saypudinov, Kamneev, Tsitskiev, Gireev, Akiyev və Qandaloyev:
“Saypudinov quldurluq və soyğunçuluqda, Şamil Akiyev, Tamerlan Gireev və Azamat Tsitskiev - terror təşkilatında iştiraka görə təqsirli bilinib”.
“Mash” və “112”nin məlumatına görə, onlar İŞİD-də iştirakda və 2023-cü ilin dekabrında Qaraçay-Çərkəzdə Ali Məhkəmənin binasında terror aktı hazırlamaqda ittiham olunurlar.
İddialara görə, Malik Qandaloyev Həştərxan Dövlət Tibb Akademiyasının keçmiş tələbəsidir, 2023-cü ilin martında qardaşı və dostu ilə birlikdə İnquşetiyada terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
“112” Telegram kanalı məhbusların girov götürdükdən sonra Rostov-na-Donu istintaq təcridxanasından lentə aldıqları iddia edilən iki video mesaj yayımlayıb.
Son məlumata görə, Rusiyanın Xüsusi təyinatlıları Rostov-na-Donuda 1 saylı istintaq təcridxanasının binasına basqın ediblər. İki həbsxana əməkdaşını girov götürən məhbuslar öldürülüb. Girovlar azad edilib. Onlar xəsarət almayıblar.


***10:26
Rusiyanın Rostov-na-Donu şəhərinin 1 saylı istintaq təcridxanasında kameralardan birində saxlanılan məhbuslar istintaq təcridxanasının iki əməkdaşını girov götürüblər.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətin yerli administrasiyası məlumat yayıb.
Bildirilir ki, hazırda girovların azad edilməsi üçün danışıqlar aparılır. Məhkumların tələbləri barədə məlumat verilmir.
“Baza” teleqram kanalının məlumatına görə, təqsirləndirilən şəxslər təcridxana işçilərindən silahları götürə biliblər. Kanal iddia edir ki, bəziləri terrorizm ittihamı ilə məhkum edilmiş 6 müttəhim kamerada pəncərə barmaqlıqlarını yıxaraq növbətçi otağına daxil olublar.
1 saylı istintaq təcridxanasının ətrafı mühasirəyə alınıb.
“Mash” teleqram kanalı təcridxanaya təcili yardım maşınlarının və Milli Qvardiyanın gəldiyini iddia edir. Hadisə yerinə FPX-nin rəisinin də gəldiyi deyilir.

DİGƏR XƏBƏRLƏR

Top