Rusiya və Belarus idmançıları bu şərtlə Olimpiadada iştirak edə biləcəklər


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçiriləcək Olimpiadaya buraxılacaq Rusiya və Belarus idmançılarının ilk siyahısını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Olimpiadaya buraxılan rusiyalı idmançılar arasında velosipedçilər Tamara Dronova, Alena İvançenko və Aleksandr Vlasov, güləşçilər Naçın Monquş, Şamil Məmmədov, Arslan Baqayev, Abdulla Kurbanov, Alan Ostayev, Maqomed Murtazəliyev, Natalya Malışeva, Natalya Malışova və Veronika Aliyeva da var.
Qeyd edək ki, Parisdə baş tutacaq Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. BOK 2023-cü ilin martında Rusiya və Belarus idmançılarına yalnız neytral statusda və öz ölkələri və milli idman təşkilatları ilə hər hansı əlaqə nümayiş etdirməmələri şərti ilə yarışa buraxılmağı tövsiyə edib.
Rusiya və Belarus idmançıları Parisdə keçiriləcək Olimpiadanın açılış mərasimində idmançıların paradına buraxılmayacaqlar. Əgər qızıl medal qazansalar, ruslar və belaruslar sözsüz xüsusi yaradılmış musiqiyə layiq görüləcəklər. BOK Rusiya və Belarus idmançılarından  Ukraynaya hərbi təcavüzü pisləyən sənəd imzalamağı tələb etməyəcək. 

DİGƏR XƏBƏRLƏR

Top