Bakıda metrodan istifadə edən sərnişinlərin sayı açıqlandı


Bu ilin ilk 5 ayı ərzində metro nəqliyyatından 95 milyon 90 min sərnişin istifadə edib.
Yeniavaz.com
 açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% artıb. Belə ki, 2023-cü ilin ilk 5 ayı ərzində metro nəqliyyatından 91 milyon 784 min sərnişin istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top