Səfirləri AVRO-2024-ün açılış oyununu birgə izləyiblər


Almaniya və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Ralf Horlemann və Ferqus Old  futbol üzrə Avropa çempionatının (AVRO-2024) açılış matçı olan Almaniya – Şotlandiya oyununu birgə izləyiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı səfiri Ralf Horlemann "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. 
“Hazırıq! Həmkarım və dostum Ferqus Oldla Böyük Britaniyanın iqamətgahında Almaniya və Şotlandiya arasında AVRO-2024-ün açılış matçı canlı yayımlanır. Qoy güclü olan qalib gəlsin!”, – Horlemann qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top