
Türkiyənin Muğla vilayətində baş verən yanğının söndürülməsində iştirak edən amfibiya təyyarəsi gölə sərt eniş edərək batıb.
Yeniavaz.com xəbər verir ki, vilayətin qubernatoru İdris Akbıyıkın sözlərinə görə, ekipaj xilas edilib.
“Texniki nasazlıq səbəbindən amfibiya yanğınsöndürən təyyarə Bafa gölünə düşdü və az qala batdı, iki pilot və daha bir mütəxəssis xilas edilərək sahilə çıxarıldı”, - Akbıyık bildirib.
Qeyd edək ki, havaların isti keçməsi ilə əlaqədar Türkiyənin bir neçə bölgəsində meşə yanğınları baş verib.