
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlaması ilə bağlı şərtlərini etibar edilməz ultimatum adlandırıb.
Yeniavaz.com “Reuters”a istinadən xəbər verir ki, o, bu barədə İtaliyanın “Sky TG24” telekanalına G7 sammiti çərçivəsində bildirib.
“Bunlar əvvəlkilərdən heç bir fərqi olmayan ultimatum mesajlarıdır. Putin dayanmayacaq. Bu, Hitlerin “Mənə Çexoslovakiyanın bir hissəsini verin və bu son olacaq” deyərkən etdiyi eyni şeydir. Amma yox, bu yalandır. Bundan sonra Polşa, sonra bütün Avropanın işğalı olub. Biz bu xəbərlərə etibar etməməliyik, çünki Putin də eyni yolla gedir. Bu gün o, dörd regiondan danışır, amma əvvəllər Krım və Donbassdan danışırdı”, - Zelenski bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz