“WhatsApp”dan yenilik


“WhatsApp” tərtibatçıları QR kodlarından istifadə edərək söhbətləri köhnə cihazdan yenisinə köçürməyi asanlaşdırıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilir ki, yenilik “WhatsApp”ın Android üçün 2.23.9.19 nömrəsi ilə beta versiyasında müşahidə edilib. Yeni funksiya hesabınızı, söhbətlərinizi və bütün məlumatlarınızı köhnə və yeni smartfonlarınız arasında ötürməyə imkan verir. Bu funksiya smartfonları dəyişdirərkən mesaj tarixçəsinin ötürülməsi prosesini asanlaşdırmaq üçün nəzərdə tutulub.
Söhbətləri köhnə üsulla “WhatsApp”a köçürmək üçün “Google Drive” bulud xidmətindən istifadə olunur. İndi messencerin beta versiyasının istifadəçiləri daha sadə və sürətli seçimə sahibdirlər. İstifadəçilər sadəcə olaraq yeni cihazlarının ekranında QR kodunu göstərməli və bulud ehtiyat nüsxələrinə ehtiyacdan yan keçərək bütün söhbətləri dərhal ötürmək üçün köhnə smartfonlarından istifadə edərək onu skan etməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top