Ermənistanda hərbçi güllə yarasından öldü


Ermənistanda hərbçi naməlum şəraitdə aldığı güllə yarasından ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 14-də yerli vaxtla 08:20-də hərbi hissələrdən birinin ərazisində müqaviləli hərbçi Armen Qasparyanın cəsədi aşkar edilib. Əsgərin güllə yarasından öldüyü müəyyən olunub.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları əsgərin ölümünün hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top