İxrac azaldı, idxal artdı – Son rəqəmlər


Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 18 milyard 439 milyon dollar olub. 
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 19,7% və ya 4 milyard 514 milyon dollar azalıb.
Bu ilin ilk 5 ayında idxal əməliyyatları üzrə 7 milyard 301 milyon dollar, ixrac əməliyyatları üzrə 11 milyard 139 milyon dollar ticarət həcmi qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 5 ayında idxal 6,7% artıb, ixrac isə 31% azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top