Livan ərazisinə endirilən hava hücumlarına cavab olaraq şiə “Hizbullah” hərbçiləri tərəfindən İsrailin şimalındakı məskunlaşma məntəqələrinə onlarla raket atılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, Avivim, Kiryat Şmona və Metula yaşayış məntəqələri atəşə tutulub, burada hava hücumu həyəcan siqnalları verilib.
Qeyd olunub ki, yaşayış məntəqələrinin yaxınlığında bir sıra yerlərdə yanğınlar qeydə alınıb.
Telekanalın məlumatına görə, bu əməliyyatlar İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Canata kəndi yaxınlığındakı “Hizbullah” postuna edilən gecə basqınına cavab olaraq həyata keçirilib.