Nikahların sayı 2020-ci ildən sonra Azərbaycan tarixində ən aşağı səviyyəyə düşdü – Siyahı


Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 min 859 nikah qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında nikahların sayı 8,9% azalıb.
Qeyd edək ki, ötən ilin ilk 4 ayında əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 4,5 olduğu halda, bu ilin ilk 4 ayında 4,1 olub.
Onu da bildirək ki, 2020-ci il istisna olmaqla Azərbaycan tarixində ən aşağı nikah sayı qeydə alınıb. Koronavirus pandemiyası və 44 günlük Vətən müharibəsinin olduğu 2020-ci ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 3,3 olub. Buna əsas səbəb kimi pandemiya ilə əlaqədar olaraq toy mərasimlərinə qoyulan qadağa göstərilir. Pandemiyanın davam etdiyi sonrakı illərdə isə nikahların sayında yenidən artım olub. 
Nikahlarala bağlı rəsmi statistikanın aparıldığı 1935-ci ildən bu günə kimi ən yüksək nikah sayı 1946-cı ildə qeydə alınıb. İkinci dünya müharibəsinin başa çatdıqdan sonra – 1946-cı ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 15,6 olub. Keçmiş SSRİ zamanında ən aşağı nikah göstəricisi 1943-cü ildə qeydə alınıb. İkinci dünya müharibəsinin davam etdiyi 1943-cü ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 4,5 olub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı aşağıdakı kimi olub:
1990-cı il – 10
1991-ci il – 9,4
1992-ci il – 8,6
1993-cü il – 7,6
1994-cü il – 6,1
1995-ci il – 5,4
1996-cı il – 5
1997-ci il – 5,8
1998-ci il – 5
1999-cu il –  4,7
2000-ci il – 4,9
2001-ci il – 5,6
2002-ci il – 5,4
2003-cü il – 6,4
2004-ci il – 7,1
2005-ci il – 8,1
2006-cı il – 8,8
2007-ci il – 9,2
2008-ci il – 8,9
2009-cu il – 8,7
2010-cu il – 8,8
2011-ci il – 9,5
2012-ci il – 8,7
2013-cü il – 9,4
2014-cü il – 8,7
2015-ci il – 7,2
2016-cı il – 7,2
2017-ci il – 6,4
2018-ci il – 6,3
2019-cu il – 6
2020-ci il – 3,3
2021-ci il – 5,6
2022-ci il –  6,1
2023-cü il – 5,3
2024-cü ilin Yanvar-Aprel –  4,1


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top