
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Yeniavaz.com Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 12 min 801 nəfər və ya 0,13 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 193 min 571 nəfərə çatıb.
“Ümumi əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir”, - məlumatda deyilir.