
Amerikanın keçmiş lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp “Impaulsive” “YouTube” kanalına müsahibəsində Putinlə münasibətlərini xarakterizə edərkən deyib.
“Düşünürəm ki, münasibətlər çox yaxşıdır. Baxmayaraq ki, mən olduqca sərt olmuşam”, - deyə o, bildirib.
Eks-prezident həmçinin əlavə edib ki, o, Çin sədri Si Cinpinə də hörmət edir.
“Maraqlısı odur ki, mənə güclülərlə münasibətlər qurmaq zəiflərlə münasibət qurmaqdan daha asandır”, - Tramp deyib.