Putin Möhbərlə telefonla danışdı


Rusiya Prezidenti Vladimir Putin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbəri qarşıdan gələn İslam bayramı olan Ramazan bayramı münasibəti ilə əlaqədar təbrik edib və İranın ruhani lideri Ayətullah Əli Xameneiyə ən xoş arzularını çatdırmağı xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.  
Bildirilir ki, Möhbər Putini iyunun 12-də baş tutan Rusiya Günü münasibətilə təbrik edib.
Qeyd edilir ki, Möhbər həmçinin Prezident İbrahim Rəisinin faciəvi ölümündən sonra İran İslam Respublikası üçün mövcud çətin dövrdə dəstəyə görə təşəkkür edib.
Putin davam edən seçki kampaniyasında uğurlar arzulayıb.

DİGƏR XƏBƏRLƏR

Top