Fransuaza Hardi vəfat etdi


Fransalı müğənni, model və aktrisa Fransuaza Hardi 80 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun oğlu, musiqiçi Tomas Dutron sosial şəbəkələrdə məlumat yayıb.
2021-ci ilin iyun ayında Fransuaza Hardi 2004-cü ildə limfoma diaqnozu qoyulduqdan sonra 2018-ci ildə qırtlaq xərçəngi diaqnozu qoyulduğunu açıqladı.
Fransuaza Hardi 1944-cü ildə Parisdə anadan olub və yeniyetmə ikən səsyazma şirkəti ilə müqavilə imzalayıb.
Onun ilk musiqi hiti 1962-ci ildə cəmi 18 yaşında olarkən “Tous les Garçons et les Filles” mahnısı olub. Ballada 2,5 milyon nüsxədən çox satılıb və Fransa hit-paradlarına başçılıq edib.
Hardi ingilis, alman və italyan dillərində oxuyub. Onun ingilis dilində ən tanınmış ifası 1968-ci ildə Serj Gensburq tərəfindən yazılmış "It Hurts to Say Goodbye" mahnısı olub. Həm Fransada, həm də İngiltərədə mahnı birinci yerləri tutub.

DİGƏR XƏBƏRLƏR

Top