
Qorlovkada yaralanan Rusiyanın NTV telekanalının operatoru Valeri Kojin dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qorlovkanın qondarma meri İvan Prixodko məlumat yayıb.
“Jurnalistlərdən biri, Valeri Kojin öldü”, - Prixodko bildirib.
Qeyd edək ki, Ukraynanın Donetskin Qorlovka vilayətini atəşə tutulması nəticəsində Kojindən başqa müxbir Aleksey İvliev və daha bir kanal əməkdaşı ağır yaralanıb.