Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi


Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 40-dan çox mövqe ilə genişləndirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunmuş sənəddə deyilir.
Bildirilir ki, buraya İsrail, Çin, Qırğızıstan, Türkiyə və BƏƏ-dən 11 şirkət daxil olunub.
Sanksiyalara aşağıdakı şirkətlər daxildir:
- “Volqa-Dnepr” aviadaşıyıcısı;
- “Novatek Murmansk”;
- "Murmansk LNG";
- “Müasir dəniz Arktik LNG nəqliyyatı”;
- “Rusximalyans”;
- “Rusatom Arctic”;
- Moskva Radiotexnika Zavodu;
- Türkiyənin “Egetir Otomotiv Sanayi Ve Ticaret Limited Sirketi” və “Bosfor Avrasya Ic Ve Dis Ticaret Ltd”;
- Qırğız “Inter Style Plus” MMC;
- Sinqapur “Red Box Energy Services PTE LTD”;
- İsrail T”exel F.C.G. Texnologiya”;
- BƏƏ-dən “One Moon Marine Services L.L.C”.
Rosatom və onun Böyük Britaniyadakı törəmə şirkətlərinin bütün aktivləri də dondurulur və onlarla iş aparmaq qadağan edilib.
Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, bu addımın məqsədi kölgə donanması adlanan qrupla mübarizə aparmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top