Belarusdan Paşinyana cavab


Xəbər verdiyimiz kimi, Ermənistanla Belarus arasında siyasi gərginlik müşahidə olunur. Belə ki, iyunun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun Belarusa rəhbərlik etdiyi müddətdə bu ölkəyə getməyəcəyini bəyan edib. Bu gün, həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məsələyə münasibət bildirib.
“Biz hamımız görürük ki, bu gün Ermənistanda daxili siyasi vəziyyət nə qədər ağır inkişaf edir, ölkə daxilində qarşıdurma necə sürətlə qızışır. Və müxtəlif insanlar, əlbəttə ki, ciddi emosional stressə fərqli müqavimət göstərirlər. Bunu başa düşə bilərik. Ancaq başa düşmürük, Belarusun bununla nə əlaqəsi var? Əgər Ermənistanda kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, çox uzaqgörən mövqe deyil”, - XİN rəsmisi bildirib.
O qeyd edib ki, Ermənistan tərəfinin addımlarına cavab olaraq yaxın vaxtlarda Belarusun İrəvanda olan səfiri də Minskə çağırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top