
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoruna müavin təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bunula bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəhruz Fərman oğlu Bəhramov ARDNF-in İcraçı direktoruna müavin təyin olunub.
Qeyd edək ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırkı tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib.
Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, hazırda Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovdur. O, Prezident İlham Əliyevin 2019-cu ilin noyabrında imzaladığı sərəncamla bu vəzifəyə təyin olunub.