“Siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz” – Paşinyan


“Klerikal-feodal elitaya deyirəm: Siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, gücsüzsünüz”.
Yeniavaz.com
“Aysor.am”a istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə bəyan edib.
“İndi gəliblər, Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəyirlər ki, Ermənistanı KTMT-yə versinlər. Amma mən klerikal-feodal elitasına açıq şəkildə demək istəyirəm ki, siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, gücsüzsünüz”, - deyə o bildirib.
Nikol Paşinyan deyib ki, müxalifət xalqdan doğan və xalqdan qidalanan legitimlik qarşısında sadəcə olaraq acizdir.
“Yalnız suveren xalq istədiyi vaxt Ermənistanda hakimiyyəti dəyişə bilər. İstəsə, edəcək, istəməsə, etməyəcək”, - deyə Nikol Paşinyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top