Dönərxanada baş verən yanğın söndürüldü – Yenilənib


Bakıda dönərxanada baş verən yanğın söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
“Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 68 m² olan dönərxananın kondisionerinin, havalandırma sisteminin mühərrik hissələri və binanın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində kabel 1 p.m yanıb. Mənzillər və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda deyilir.

***13:25
Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.
Yeniavaz.com
“Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top