
“Erməni reallığında Qarabağın öz müqəddəratını təyinetmə konsepsiyası yanlış başa düşülüb”.
Yeniavaz.com Aysor.am-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
Paşinyan Qarabağın öz müqəddəratını təyinetmə və statusu anlayışlarının onun Azərbaycanın tərkibində olması demək olduğunu bildirib.
“Bu və ya digər anlayışlar o demək idi ki, Qarabağ Azərbaycanın bir hissəsi olmalıdır, lakin erməni reallığında bütün bunlar düzgün başa düşülmürdü, çünki erməni ictimaiyyətinin 1996-cı ildə Lissabon sənədinə çıxışı yox idi”, - Paşinyan qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistanın klerikal-feodal elitası hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını aldadıb və çaşdırıb.
“Qarabağla bağlı bütün həqiqət budur”, - o, əlavə edib.