Azərbaycan vətəndaşlarının mağazalarda nə qədər pul xərclədikləri açıqlandı


Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq məhsul alıb.
Yeniavaz.com
xəbər verir ki, alınan məhsulların 237 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatını isə qeyri-ərzaq malları təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 409,7 manatlıq, o cümlədən 235,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 173,9 manatlıq qeyri-ərzaq malları alıb.
Rəqəmlərdən də göründüyü kimi, ötən illə müqayisədə bu il insanlar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 1,2 manat, qeyri-ərzaq mallarına isə b manat daha çox pul xərcləyiblər.
Onu da qeyd edək ki, bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara ümumilkdə 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 5,2% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top