Ermənistanda etirazçılarla polisin toqquşmalarında 101 nəfər xəsarət alıb


Çərşənbə günü axşam saatlarında Ermənistan parlamentinin binası yaxınlığında baş verən toqquşmalarda 101 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yaralılar arasında mülki şəxslər və polis də var.
85 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalan 16 nəfər xəstəxanaya yerləşdirilib.
Çərşənbə günü axşam parlament binası qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları ilə qarşıdurma zamanı polis etirazçıları dağıtmaq üçün səs-küylü qumbaralardan istifadə edib.
Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə iş açıb.

DİGƏR XƏBƏRLƏR

Top