“WhatsApp”da profili skrinşot edə bilməyəcəyik


“WhatsApp” tərtibatçıları messencerdə istifadəçi profillərinin skrinşotlarının (ekran görüntüsü) yaradılmasının qarşısını alan yeni funksiya tətbiq ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Hələlik yenilik yalnız “iPhone” üçün “WhatsApp”ın beta versiyasında işləyir. Tətbiqin bu versiyasının istifadəçiləri başqasının profilinin skrinşotunu çəkməyə çalışarkən indi bu hərəkətin qadağan olunduğu barədə xəbərdarlıq görür:
“Skrinşot bloklanıb. “WhatsApp” istifadəçilərinin məxfiliyini qorumaq üçün skrinşot etmək bloklanıb”.
Bu xüsusiyyət digər insanların profil fotolarından kontaktlarını aldatmaq üçün istifadə edən fırıldaqçıların ümumi təcrübəsi ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.
Yaxın gələcəkdə yeniliyin tətbiqin bütün versiyalarına və bütün dəstəklənən platformalara şamil ediləcəyi gözlənilir, lakin funksiyanın istifadəyə verilməsinin dəqiq vaxtı açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top