Türkiyənin 7 vilayətində meşə yanğını – Saxlanılan var


Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop, Kütahya, Uşak və İzmir vilayətlərində meşə yanğını baş verib.
Yeniavaz.com
xəbər verir ki, İstanbul, İzmir, Sinop və Muğlada yanğın nəzarət altına alınarkən, Çanaqqala, Kütahya və Uşakda yanğınlara qrupların müdaxiləsi davam edir.
Uşak-İzmir avtomobil yolunda yanğın və güclü tüstü səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
Çanaqqalanın Eceabat rayonunda meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün işlər davam etdirilir. 8 təyyarə və 4 helikopter yanğını söndürməyə çalışır. Yazılı açıqlamada Kumköy ərazisinə yaxın ətraf kəndlərdə yaşayanların sayıq olmaları istənilib.
Muğlanın Milas rayonunda baş verən yanğın zamanı 2 hektar meşə sahəsinə ziyan dəyib.
İzmirin Narlıdere rayonundakı qəbiristanlığın üstündəki meşəlik ərazidə abadlıq işləri aparılan zaman qaynaq aparatından çıxan qığılcımlar səbəbindən yanğın baş verdiyi iddia edilib. Polis qaynaq işi ilə məşğul olduğu iddia edilən bir şəxsi saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top