İrəvanda etiraz aksiyası zamanı 86 nəfər saxlanıldı – Yenilənib + Video


İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 nəfər saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bundan əvvəl internetdə saxlanılanların bəzilərinin paltarları cırıq olan görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyi 6 polis əməkdaşının xəsarət aldığını, onların hamısının xəstəxanada olduğuna da aydınlıq gətirib.
Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib. Ondan çox səs-küylü qumbaraatan istifadə edilib. 7 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

***18:26
Ermənistan parlamentinin binası yaxınlığında “Vətən uğrunda Tavuş” hərəkatının nümayəndələri ilə polis arasında toqquşma olub.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hər şey etirazçılarla polisin bir-birini itələməsi ilə başladı.
Daha sonra təhlükəsizlik qüvvələri etirazçıları Dəmirçyan küçəsindən sıxışdıraraq uzaqlaşdırmağa başlayıb. Bəzi polislər rezin dəyənəklər ilə etirazçıları təhdid edib.
Etirazçılar bir neçə nəfərin vəziyyətinin pisləşdiyini bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top