
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Baş nazir Nikol Paşinyanın yayında onun sözlərinə aydınlıq gətirib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hakim partiyanın nümayəndələrindən biri bəyan edib ki, bir sıra xəbər kanallarında Ermənistanın Baş nazirinin sözləri KTMT-dən çıxmaq bəyanatı kimi təqdim edilib.
Nəşr qeyd edir ki, nümayəndə vəziyyətə aydınlıq gətirməyi Baş nazirin özündən deyil, Xarici İşlər Nazirliyinin rəhbərindən xahiş edib.
Mirzoyan cavabında bildirib ki, görüş qeydə alınıb və kimin nə dediyini yoxlamaq mümkündür:
“Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq. Baş nazir dedi ki, “Nə vaxt çıxacağımıza qərar verəcəyik. Amma biz geri dönməyəcəyik”. Bunu dedi – nə az, nə çox. Əgər kimsə iddia edirsə ki, Baş nazir Ermənistanın KTMT-dən çıxdığını deyib, yanılır və bu, asanlıqla sübuta yetirilə bilər”.
***17:28
İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
Ölkənin baş naziri qeyd edib ki, bunun vaxtı hələ müəyyən edilməyib.