Qəzzada ölənlərin sayı 37,2 mini keçdi


Ötən ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 37,2 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzzaya təcavüzü nəticəsində ölən fələstinlilərin sayı 37 min 202, yaralanan fələstinlilərin sayı 84 min 932 nəfərə çatıb”.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrail hərbçilərinin əməliyyatları nəticəsində 38 fələstinli ölüb, 100 fələstinli yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top