
“Bəli, biz bir ay ərzində sülh müqaviləsini imzalamağa hazır olduğumuzu bildirdik”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdə jurnalistlərlə söhbətində deyib.
“Bu o deməkdir ki, bizim qiymətləndirməmizə görə, sülh müqaviləsinin hazırkı mətni kifayət qədər yetkindir, qalan yalnız müqavilədə son ştrixləri düzəltmək, yekun formaya salmaq və imzalamaqdır”, - Paşinyan deyib.