Makron Yeni Kaledoniyada seçki islahatlarını dayandırdı


Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatları layihəsinin dayandırıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ölkə konstitusiyasında müvafiq dəyişikliklər edilməsi planlaşdırılıb.
Qeyd edək ki, 2024-cü ildə Yeni Kaledoniyada etirazlar adalarda yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanun layihəsinə görə başlayıb.
Əvvəlki razılaşmada səsvermə hüququ yalnız 1998-ci ildən əvvəl Yeni Kaledoniyada yaşayan insanlara və onların uşaqlarına verilirdi. 2024-cü ilin aprelində Fransa Yeni Kaledoniyada 10 ildən çox yaşayan hər kəsə, o cümlədən avropalılara səsvermə hüququ vermək qərarına gəlib. Bu isə artıq iğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlara səbəb olub. Makron adalara qoşun göndərmək qərarına gəlib.

DİGƏR XƏBƏRLƏR

Top