Gürcüstan prezidenti ikinci müddətə namizədliyini verə bilər


Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, o, ikinci müddətə namizədliyini irəli sürmək imkanını istisna etmir, lakin bunun üçün ilk növbədə müxalifət 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gəlməlidir.
Yeniavaz.com
xəbər verir ki, bunu Zurabişvili gürcü gəncləri ilə görüşdə mövzu ilə bağlı sualı cavablandırarkən deyib.
“Mən dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, işimizi sona çatdırmaq üçün ehtiyac yaranan yerdə olacağam. Mən parlament seçkilərinin nəticəsini müdafiə edən, o nəticələri Brüsselə çatdıran və Aİ-yə daxil olmaq üzrə danışıqlara dair təsdiq alan şəxs olmaq istəyirəm. Bunun prezident rolunda olub-olmayacağını gələcək göstərəcək. Mən hər şeyə hazıram”, - deyə Gürcüstan Prezidenti bildirib.
Qeyd edək ki, Zurabişvili 2018-ci ildə Gürcüstanın prezidenti olub. O, istisna olaraq beş il müddətinə yox, altı il müddətinə seçilib. Çünki növbəti prezident ümumxalq səsverməsi ilə deyil, 300 seçici tərəfindən seçiləcək. Onların arasında parlament üzvləri və yerli hökumət nümayəndələri də olacaq.
Növbəti prezident seçkiləri parlament seçkilərindən sonra 2024-cü ildə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top