
Bu ilin may ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda muzdla çalışan işçilərin (əmək müqaviləsi ilə) sayı 1 milyon 749,7 min nəfər olub.
Yeniavaz.com xəbər verir ki, muzdla çalışan işçilərin 897 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 852,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, bu ilin əvvəlindən ötən 4 ay ərzində dövlət sektorunda muzdla çalışan işçilərin sayı 2,1 min nəfər azalıb, qeyri-dövlət sektorunda çalışan işçilərin sayı 10 min nəfər artıb.
Elnur Əli