Putin Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsini ləğv etdi


Rusiya Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsi prezident administrasiyasının ştat vahidləri siyahısından çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, dəyişiklik Vladimir Putinin administrasiyasının strukturu haqqında imzaladığı sərəncamda öz əksini tapıb.
Sənədin mətninə əsasən dəyişikliklər administrasiya haqqında əsasnaməyə edilib.
“Rusiya Prezidentinin Ukrayna ilə ticari-iqtisadi əlaqələrin inkişafı üzrə xüsusi nümayəndəsi” sözləri dövlət başçısına tabe olan administrasiya əməkdaşlarının siyahısından çıxarılsın”, - sərəncamda bildirilib.
Qeyd edək ki, müxtəlif vaxtlarda bu vəzifəni keçmiş baş nazir və Kiyevdəki səfir Viktor Çernomırdin, Ukraynadakı keçmiş səfir Mixail Zurabov, keçmiş təhsil və elm naziri Dmitri Livanov, dövlət başçısının keçmiş köməkçisi Vladislav Surkov tutub.
Xatırladaq ki, Vladimir Putin öz administrasiyasının yeni strukturunu təsdiq edib. Rusiya prezidenti struktura 5 yeni idarə əlavə edib, bir idarəni isə ləğv edib.

DİGƏR XƏBƏRLƏR

Top