30 ildən sonra Azərbaycanda ilk dəfə əmək haqqı 1000 manatı keçdi – Tam siyahı


Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1 007 manat 50 qəpik olub.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-mart 2024) müqayisədə 22 manat 20 qəpik artıb. Belə ki, bu ilin yanvar-mart ayında orta aylıq əmək haqqı 985 manat 30 qəpik olub.
Qeyd edək ki, 30 ildən sonra Azərbaycanda ilk dəfə orta aylıq əmək haqqı 1000 manatı keçib. 1994-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 15 min 325,3 manat olub. 1995-ci ildə həyata keçirilən denominasiya nəticəsində (1 AZN – 5 000 AZN) orta aylıq əmək haqqının nominal dəyəri 12,5 manat səviyyəsinə düşüb. Sonrakı illərdə orta aylıq əmək haqqının nominal dəyəri davamlı olaraq artsa da, heç vaxt 1000 manatın üzərində olmayıb.
Məlumat üçün bildirək ki, müstəqillik əldə edildikdən sonra Azərbaycanda orta aylıq əmək haqqının nominal dəyəri illər üzrə aşağıdakı kimi olub:
1990-cı il – 19,5 manat
1991-ci il – 31,8 manat
1992-ci il – 270,3 manat
1993-cü il – 2 184,7 manat
1994-cü il – 15 325,3 manat
1995-ci il – 12,5 manat
1996-cı il – 17,9 manat
1997-ci il – 28,3 manat
1998-ci il – 33,7 manat
1999-cu il –  36,9 manat
2000-ci il – 44,3 manat
2001-ci il – 52 manat
2002-ci il – 63,1 manat
2003-cü il – 77,4 manat
2004-ci il – 99,4 manat
2005-ci il – 123,6 manat
2006-cı il – 149 manat
2007-ci il – 215,8 manat
2008-ci il – 274,4 manat
2009-cu il – 298 manat
2010-cu il – 331,5 manat
2011-ci il – 364,2 manat
2012-ci il – 398,4 manat
2013-cü il – 425,1 manat
2014-cü il – 444,5 manat
2015-ci il – 466,9 manat
2016-cı il – 499,8 manat
2017-ci il – 528,5 manat
2018-ci il – 544,6 manat
2019-cu il – 635,1 manat
2020-ci il – 707,7 manat
2021-ci il – 732,1 manat
2022-ci il –  840 manat
2023-cü il – 933,8 manat
2024-cü ilin Yanvar-Aprel –  1 007,5 manat

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top