Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi başa çatdı – Video


Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
“Qafqaz Qartalı - 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

DİGƏR XƏBƏRLƏR

Top