İsrail BMT-yə məhdudiyyətlər tətbiq edə bilər – FT


İsrail Müdafiə Qüvvələri (IDF) keçən həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında münaqişə zonalarında uşaqlara zərər verənlər siyahısına salındıqdan sonra Israil hakimiyyət orqanları onun ərazisində və Fələstində fəaliyyət göstərən BMT agentliklərinə məhdudiyyətlərin qoyulmasını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İsrail rəhbərliyinin mümkün hərəkətləri arasında BMT əməkdaşları üçün vizaların müddətinin uzadılmasından imtina, yüksək rütbəli məmurların boykot edilməsi və hələ 1948-ci ildə yaradılmış BMT-nin Atəşkəsə Nəzarət Orqanı da daxil olmaqla ölkədəki bütün missiyaların dayandırılması var.
Bundan əlavə, qeyd olunur ki, müzakirə olunan məhdudiyyətlər dünya təşkilatının Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Tor Venneslandın fəaliyyətinə təsir göstərə bilər.
FT iyunun 9-da İsrail hökumətinin iclasında BMT-yə qarşı cavab tədbirlərinin qaldırıldığını vurğulayır. Üstəlik, ertəsi gün bu müzakirə İsrail Milli Təhlükəsizlik Şurasında davam edib. Qəzetin yazdığına görə, məsələ ilə bağlı son qərar verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top