Baydenin oğlu üç maddə üzrə təqsirli bilindi


Münsiflər heyəti ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin silah saxlaması ilə bağlı qanun pozuntusuna dair hökm çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilir ki, Hanter Bayden hər üç maddə üzrə təqsirli bilinib.
CNN-nin məlumatına görə, onu 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.
Bu, Amerika tarixində ilk dəfədir ki, vəzifədə olan prezidentin oğlu cinayətdə təqsirli bilinir. Qeyd edilir ki, Baydenin oğlu ilk dəfə cinayət törətmiş şəxs kimi maksimum cəzadan çox az cəza alacağı ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top