Ərdoğan-Özəl görüşü 1,5 saat davam edib – Yenilənib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilən cavab səfərini bu gün CHP sədri Özgür Özələ edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP sədri ilə prezident arasında 1,5 saat davam edən görüşdə vətəndaşların gündəmini maraqlandıran bir çox mövzu müzakirə olunub.
Görüşlə bağlı AK Partiyadan açıqlama verilib.
“Hörmətli prezident Türkiyəni çevriliş konstitusiyasından xilas etmək üçün atılması lazım olan addımların təkcə dar bir təşəbbüslə deyil, həm də ən geniş siyasi konsensusla atılmasına dair fikirlərini bildirdi”, - AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.
Çelik iqtisadiyyatla bağlı məsələlərin də gündəmdə olduğunu bildirib:
“Hörmətli prezident Ortamüddətli Proqram və 12-ci İnkişaf Planı ilə getdiyimiz bu güclü yolda qazanılan qazancların qorunub saxlanacağını bildirir. Bu mövzuda müəyyən dövrlərdə siyasi həyatımızı təqib edən populist diskurslardan qaçınmaq lazımdır”.
“Xarici siyasət AK Partiya ilə CHP arasında əsas müzakirə mövzularından biridir. Önümüzdəki dövrdə bu mövzuda əməkdaşlığın artırılması son dərəcə əhəmiyyətli olacaq”, - sözcü qeyd edib.

***17:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, onu burada CHP sədri Özgür Özel qarşılayıb.
Bildirilir ki, Prezident və partiya lideri görüş keçirəcəklər.
Qeyd edək ki, Ərdoğanla Özgür Özel arasında ilk görüş mayın 2-də Ədalət və İnkişaf Partiyasının (AKP) Baş qərargahında baş tutub.
Xatırladaq ki, Ərdoğan sonuncu dəfə 2006-cı ildə, Baş nazir olarkən CHP-nin Baş qərargahını ziyarət etmiş və ovaxtkı sədr Deniz Baykalla görüşmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top