Məşhur “Yeşilçam” aktyoru vəfat etdi


Məşhur türkiyəli aktyor Murat Soydan 83 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aktyorun qızı Mehveş Soydan “Instagram” hesabında məlumat verib.
“Canım atamı itirdik. Başımız sağolsun”, - deyə Mehveş Soydan bildirib.
Əsl adı Rüçhan Tercan olan aktyor 2 oktyabr 1940-cı ildə İstanbulda anadan olub.
Murat Soydan ibtidai və orta məktəbi Lüleburqazda, həmçinin Edirnedə oxuyub.
Sənətçi universitet təhsili üçün İstanbula qayıdıb və bir tərəfdən, İqtisadi Elmlər Akademiyasında, bir tərəfdən də, İstanbul Bələdiyyə Konservatoriyasında oxuyub.
Yeşilçamın unudulmaz aktyoru 1966-cı ildə Tanju Korellə “Pərdə” jurnalının keçirdiyi müsabiqədə qalib gələrək, kinoya ilk addımını atıb.
Soydan, eyni ildə rol aldığı “Qolsuz Qəhrəman” filmi ilə kino karyerasına başlayıb və 200-ə yaxın filmdə rol alıb.
Rol aldığı filmlərdə türk kinosunun ulduzları ilə baş rolu paylaşan Soydan müxtəlif seriallarda da rol alıb.
Soydan, 1972-ci ildə “Zülm” filmindəki rolu ilə Antalya “Qızıl Portağal” Film Festivalında “Ən Yaxşı Aktyor” mükafatını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top