“Ermənistanla təhlükəsizlik sahəsində əlaqələri dərinləşdirməyə hazırıq” – O`Brayen


“ABŞ Ermənistanla təhlükəsizlik sahəsində əlaqələri dərinləşdirməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen İrəvanda ABŞ-Ermənistan Strateji Dialoqunun ikinci iclasında bildirib.
“Biz müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı işi davam etdirəcəyik. Qeyd etdiyimiz kimi, ilk birgə təlimimiz keçən il baş tutub. Biz daha çoxunu səbirsizliklə gözləyirik. Kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və digər məsələlərdə də əməkdaşlıq edə bilərik”, - o, bildirib.
Amerikalı diplomat İrəvan və Bakı arasındakı münasibətlərə də toxunub və qeyd edib ki, Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa, Birləşmiş Ştatlar bu sahədə səyləri dəstəkləməkdən məmnun olacaq.

DİGƏR XƏBƏRLƏR

Top