
Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Hakan Fidan Yaxın Şərq və Zaqafqaziya, eləcə də Ukrayna münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya və Türkiyə XİN rəhbərlərinin BRİKS xarici işlər nazirlərinin iclası çərçivəsində keçirilən görüşünün yekunları üzrə Rusiya diplomatik departamentinin məlumatında bildirilib.
“Beynəlxalq gündəliyin əsas aspektlərinə, o cümlədən Yaxın Şərq və Zaqafqaziyadakı vəziyyətə toxunulub, həmçinin bəzi beynəlxalq platformalarda vəziyyətlə bağlı fundamental qiymətləndirmələr aparılıb”, - nazirlik qeyd edib.
Məlumatda qeyd olunub ki, tərəflər həmçinin ikitərəfli siyasi dialoqun və iqtisadi-ticari əməkdaşlığın actual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.