“Crocus” terrorunda Ukrayna hərbi kəşfiyyatının əli var” – Rusiya FTX


Rusiya xüsusi xidmət orqanları mart ayında Krasnoqorskda “Crocus City Hall”da baş vermiş terror aktında Ukrayna hərbi kəşfiyyatının əli olduğunu müəyyən edib.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Milli Antiterror Komitəsinin (MAK) sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MAK-ın iclasında deyib.
“Ukrayna və Qərb kəşfiyyat xidmətləri Rusiyada səs-küylü cinayətlər törətmək üçün cəlb edilmiş mümkün cinayətkarların dairəsini genişləndirir, onların beynəlxalq terror təşkilatları hazırlanmasına və təchiz edilməsinə yardım edir”, - Bortnikov bildirib.
Bortnikov misal kimi Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror aktında Ukrayna hərbi kəşfiyyatının iştirakını göstərib.
Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Terror aktı nəticəsində 145 nəfər ölüb, 551 nəfər yaralanıb. Faktla bağlı terror maddəsi ilə cinayət işi açılıb. Terror aktı ilə bağlı ümumilikdə 20 nəfər ittiham olunub. Rusiya İstintaq Komitəsi terror aktını həyata keçirənlərin Ukrayna millətçiləri ilə əlaqəsini sübuta yetirdiyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top