“Şamaxıda heç bir tikinti layihəmiz yoxdur” – ABŞ-nin Bakıdakı səfirliyi


Xəbər verdiyimiz kimi, ölkənin tikinti şirkətlərindən biri olan “Kənan İnşaat və Ticarət” MMC-nin (VÖEN – 9900070881)rəsmi veb-saytında qeyd olunub ki, onlar ABŞ-nin ölkəmizdəki səfirliyinin sifarişi əsasında Şamaxı şəhərində Yuxarı Xınıslı kəndində kotteclərin tikilməsi, təmiri və abadlıq işləri həyata keçirirlər.
Yeniavaz.com
kotteclərin hansı məqsədlə tikilməsinə aydınlıq gətirmək üçün ötən ayın sonunda ABŞ-nin ölkəmizdəki səfirliyinə sorğu ünvanlayıb.
Dünən (10 iyun) ABŞ-nin ölkəmizdəki səfirliyi sorğumuza cavab olaraq bildirib ki, ABŞ-nin Bakıdakı səfirliyinin Şamaxıda heç bir tikinti layihəsi yoxdur.

Məsələ ilə bağlı “Kənan İnşaat və Ticarət” MMC-dən Yeniavaz.com-a verilən açıqlamada isə bildirilib ki, veb-saytlarında yer alan məlumatda texniki xəta səbəbindən Yuxarı Xınıslı kəndində inşa olunan kotteclərin sifarişçisi kimi ABŞ səfirliyi göstərilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top