Mask şirkətlərində “Apple” cihazlarını qadağan edə bilər


Amerikalı sahibkar İlon Mask xəbərdarlıq edib ki, əgər “Apple” əməliyyat sisteminə süni intellekt texnologiyaları inteqrasiya etsə, o, şirkətlərində “Apple” cihazlarından istifadəni qadağan edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkə hesabında bildirib.
“Əgər “Apple” əməliyyat sisteminə “OpenAI” texnologiyasını inteqrasiya etsə, onda “Apple” cihazları mənim şirkətlərimdə qadağan olunacaq. Bu, təhlükəsizlik sahəsində yolverilməz pozuntudur”, - Maks deyib.
O, həmçinin “Apple” şirkətinin CEO-su Tim Kukun “X” hesabındakı postunun altında “Apple”ın generativ süni intellekti haqqında şərh yazaraq mümkün qadağa barədə xəbərdarlıq edib.
“Ya bu qorxunc casus proqramını dayandırın, ya da bütün “Apple” cihazları mənim şirkətlərimdə qadağan olunacaq”, - Mask deyib.
Qeyd edək ki, iyunun 10-da “Apple” şirkəti yeni iOS 18 əməliyyat sistemini, həmçinin onun generativ süni intellektini – “Apple Intelligence”i təqdim edib. Korporasiyanın nümayəndələri qeyd ediblər ki, onların süni intellektləri məlumat toplamır və yalnız cihaz üzərində işləyir.

DİGƏR XƏBƏRLƏR

Top