Ermənistan polisi Azərbaycan hərbçisinə görə İrəvana gedən yollarda postlar qurub? – Video


Ermənistanda İrəvana gedən bütün yollarda polis postları qurulub.
Yeniavaz.com
“Sputnik Ermənistan”a isttinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Ararat və Vayots Dzor vilayətlərində polis gücləndirilmiş iş rejiminə keçib.
“Onlar təkcə İrəvan istiqamətində deyil, həm də əks istiqamətdə hərəkət edən avtomobilləri yoxlayırlar”, - məlumatda bildirilib.
Məlumata görə, polis sürücülərin sənədlərini yoxlayır və yük yerlərini açmağı tələb edir.
Polis postları xüsusən də Vedi (Ararat rayonu) və Gorus (Syunik rayonu) şəhərləri yaxınlığında qurulub.
Sosial şəbəkə istifadəçiləri bunun itkin düşən Azərbaycan əsgərinin axtarışı ilə bağlı olduğunu ehtimal edirlər.
Qeyd edək ki, Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

DİGƏR XƏBƏRLƏR

Top