ABŞ “Azov”a tətbiq etdiyi qadağanı ləğv etdi – WP


Amerika administrasiyası ABŞ silahlarının Ukraynanın millətçi “Azov” alayına verilməsinə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” Dövlət Departamentinin bəyanatına istinadla məlumat yayıb.
Bəyanata görə, alay ABŞ-nin insan hüquqlarını pozduğu aşkar edilən xarici hərbi birləşmələrə hərbi yardım göstərməsinə mane olan “Lihi Aktı”na uyğun olaraq hərtərəfli yoxlamadan keçib.
“Amerika hakimiyyətinin bu cür pozuntularla bağlı heç bir sübutu yoxdur”, - bəyanatda bildirilib.
Qeyd edək ki, 2017-ci ilin mayında ABŞ-nin o vaxtkı prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsi haqqında qanun imzalayıb.
Buraya Amerika Konqresi tərəfindən dəstəklənən düzəliş daxildir. Düzəlişə görə Pentaqona Ukraynaya hərbi yardım göstərmək üçün ayrılan vəsaiti Ukraynanın milli “Azov” batalyonuna hər hansı dəstək vermək üçün istifadə etməsi qadağandır. Bu müddəanın müddəti sonradan bir neçə dəfə uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top